Vaxt.Az

Bir ailədən dörd, digərindən iki nəfər


 

Musiqi qrupunun üzvləri təyyarə qəzasında ölüb

Bir ailədən dörd, digərindən iki nəfər ABŞ-da eyni ailənin 4 üzvünün yaratdığı “The Nelons” musiqi qrupunun üzvlərini daşıyan təyyarə qəzaya uğrayıb. Vayominq ştatında baş verən qəzada göyərtədə olan 7 nəfərin hamısı həlak olub.

Həyatını itirənlərdən üçü “The Nelons” gospel qrupunun üzvləri Ceyson və Kelli Nelon Klark və onların qızları Amber Nelon Kistlerdir.

Amber Nelon Kistlerin əri Natan Kistler, köməkçisi Melodi Hodces, pilot Larri Hayni və onun həyat yoldaşı Melissa Hayni də təyyarədə olub. Təyyarədə olmayan qrup üzvü Outumn Nelon Stritman (Autumn Nelon Streetman) valideynlərinin və bacısının ölümünü təsdiqləyib.

Yerli media qəzanın meşə yanğınına səbəb olduğunu bildirib. Uçuş rəsmisi bildirib ki, ilkin məlumatlara görə, təyyarə “avtopilot problemi”ndən sonra qəzaya uğrayıb. Ölən Kelly Nelon Klarkın atası qrupu 1970-ci illərdə yaradıb.

Qrupun musiqi dünyasının ən prestijli mükafatlarından Qremmi Mükafatlarına üç dəfə namizəd olduğu bildirirlir.

 





27.07.2024    çap et  çap et