İyulun 24-də “PLOS One” jurnalında dərc edilən araşdırmaya görə, musiqi yaddaşı bu idrak qabiliyyətinin azalmasından daha az təsirlənir. Tədqiqatın bir hissəsi olaraq, Kanadadakı Nyufaundlend Simfonik Orkestri 90 sağlam insan üçün üç ayrı əsər hazırlayıb.
18-86 yaş arası iştirakçılar bu konsertdən əvvəl hər bir əsərin mövzu musiqisini, yəni əsərin əsas melodiyasını üç dəfə dinləmişdilər.
Konsertdə mövzu musiqisi əvvəlcə bütün orkestr, sonra isə tək bir sənətçi tərəfindən yalnız bir alətlə ifa edilib. İştirakçılardan neçə alətin ifa etməsindən asılı olmayaraq, mövzu musiqisini eşidəndə düyməni basmaları istənilib.
Tədbirdə V.A. Motsartın “Eine kleine Nachtmusik” musiqisindən əlavə, əsər üçün bəstələnmiş iki ayrı musiqi ifa edilib. Onlardan biri klassik musiqinin qaydalarına əməl etdiyi halda, digəri bu hüdudları xeyli aşıb.
İştirakçıların Motsartın məşhur bəstəsini dəfələrlə dinlədiklərini nəzərə alan komanda ondan nəzarət parçası kimi istifadə edib. Gözlənildiyi kimi, iştirakçılar bu əsərdə mövzu musiqisini asanlıqla müəyyən ediblər.
Digər parçalarda daha az adam düzgün qərar versə də, iştirakçılar xüsusilə son hissədə çətin anlar yaşayıblar. Bununla belə, tədqiqatçılar iştirakçıların melodiyanı aşkar etmək qabiliyyətində yaşla bağlı hər hansı əhəmiyyətli fərq müşahidə etməyiblər.
Alimlərin fikrincə, tapıntılar musiqidən yaşlılarda yaddaşın müalicəsində istifadə oluna biləcəyini göstərir. Tədqiqatçılar məqalədə yazır: “Musiqini tanıya bilmək bir güc hesab edilə bilər və yaddaşın digər aspektləri reabilitasiya zamanı qurula bilər”.
Tədqiqatçılar, məsələn, yeni söz və ya anlayışların tanış musiqi ilə qoşalaşaraq daha asan yadda saxlanıla biləcəyini bildirirlər.