Vaxt.Az

“Ən güclü seçki sistemi bizdədir”


 

Maduro: “Sanksiyalara baxmayaraq çətin günləri geridə qoymağı bacardıq”

“Ən güclü seçki sistemi bizdədir” Venesuela prezidenti Nikolas Maudro bu gün ölkədə keçiriləcək prezident seçkiləri üçün paytaxt Karakasda beynəlxalq müşahidəçilərlə görüşüb. Venesuelanın dünyanın ən güclü seçki sisteminə sahib olduğunu iddia edən Maudro, nəticələrin qalibi müəyyən edəcəyini ifadə edərək, xalqın seçiminə hörmət edilməsini istəyib.

Seçkiləri izləmək istəyən 5 keçmiş prezidentin ölkəyə gəlməsinə icazə verilməməsi ilə bağlı Maduro, “Bu mövzuda yeganə səlahiyyətli orqan Milli Seçki Şurasıdır. Müşahidəçi dəvət etmək səlahiyyəti yalnız onlardır. Heç bir şey qanundan üstün ola bilməz, biz qanunlara hörmət edilməsini istəyirik”.

Maduro bildirib ki, onlar dünyanın “ən güclü” seçki sisteminə malikdirlər.

Venesuelanın təktərəfli sanksiyalara və ifrat sağçıların yaratdığı zorakılığa baxmayaraq çətin günləri geridə qoymağı bacardığını vurğulayan Maduro, “İqtisadiyyatı öz səylərimizlə düzəltdik. Neft sənayesindən asılı olmayan çoxşaxəli istehsal sisteminə keçdik. Ölkə istehsalla artır, yerli valyuta dollar qarşısında möhkəmlənir və hər şeydən əvvəl, biz hiperinflyasiyanı ilk olaraq nəzarət altına aldıq”, – deyib.

Digər tərəfdən, Venesuela mətbuatında yer alan xəbərlərə görə, seçkilər üçün Venesuelaya 900-dən çox beynəlxalq müşahidəçi gəlib. Müşahidəçilər arasında Türkiyə, Afrika Birliyi, Latın Amerikası Seçki Mütəxəssisləri Şurası (CEELA), İspaniyanın keçmiş baş naziri Xose Luiz Rodriges Zapatero və Braziliyanın keçmiş xarici işlər naziri Selso Amorimdən ibarət nümayəndə heyətinin olduğu bildirilib.

Venesuela xalqı bu gün yeni prezidenti seçmək üçün seçkiyə gedəcək.

 





28.07.2024    çap et  çap et