Vaxt.Az

Eniston-Vens mübahisəsi böyüyür


 

Senatorun “uşaqsız pişikli qadın” replikasına etirazlar artır

Eniston-Vens mübahisəsi böyüyür Keçmiş prezident Donald Trampın vitse-prezidenti seçilən Vans daha əvvəl Kamala Harris, Aleksandria Okazio-Kortez və Pit Battiqiq kimi demokrat siyasətçiləri “demokratların bütün gələcəyinə nəzarət etmək istəyən uşaqsız, pişikli qadınlar” kimi təsvir etmişdi.

Məşhur aktrisa Cennifer Eniston (Jennifer Aniston) Vensin sözlərinə reaksiya verərək, “Bircə onu deyə bilərəm ki, cənab Vens, ümid edirəm ki, qızınız bir gün öz övladlarını dünyaya gətirəcək qədər bəxtiyar olacaq. Ümid edirəm ki, o, öz övladlarını dünyaya gətirəcək. İkinci variant olaraq süni mayalanma yoluna müraciət etməz. Çünki sən bunu da ondan almağa çalışırsan”.

Vens Enistonun reaksiyasına dərhal cavab verib: “Qızımın 2 yaşı olduğu üçün bu açıqlama iyrəncdir. İkincisi, o söhbətdə dediyim kimi, hamiləlik problemi olsaydı, ona kömək etmək üçün əlimdən gələni edərdim, çünki ailələrə inanıram və körpələr yaxşı bir şeydir”.

Vansın həyat yoldaşı Uşadan üç övladı var – 6 yaşlı Evan, 4 yaşlı Vivek və 2 yaşlı Mirabel.

2022-ci ildə “Allure Magazine”ə verdiyi müsahibədə Eniston dəfələrlə hamilə qalmaq üçün cəhd etdiyini, hətta bütün medianın fərziyyələrinə rəğmən “in vitro” mayalanma müalicəsindən keçdiyini və Çin çayları içdiyini deyib: “Əlimdən gələnə etdim. Əgər kimsə mənə desəydi, yumurtalarını dondur, mən hər şeyimi verərdim”.

Uşaq sahibi olmaq fürsətini əldən verməsinə baxmayaraq, o, heç bir peşman olmadığını və hətta bir qədər rahatladığını söyləyib.

 





28.07.2024    çap et  çap et