Açıqlamada Savoyya (Savoie), Land (Landes), Jironda (Gironde), Dordon (Dordogne), Jer (Gers), Lo (Lot), Yuxarı Qaronna (Haute-Garonne), Tarn, Yuxarı Korsika (Haute-Corse) bölgələri də daxil olmaqla 13 əyalətdə isti hava ilə əlaqədar narıncı xəbərdarlıq elan edildiyi bildirilib. Ölkənin cənubuna təsir edəcək isti hava axını şimal bölgələrinə də keçəcək.
Ümumilikdə həftənin əvvəlində 35-38 dərəcə olacağı proqnozlaşdırılan temperaturun iyulun 31-dək davam edəcəyi gözlənilir. Hava proqnozları bu il Avropada ən isti yay olacağını proqnozlaşdırır.
Bu şərtlərin Fransanın paytaxtı Parisdə avqustun 11-dək davam edəcək Olimpiya Oyunlarına necə təsir edəcəyi gündəmdə olub və yüksək hərarətin idmançılara mümkün təsirləri narahatlıq yaradıb.