Vaxt.Az

“Çox gecikmisiniz”


 

Ukraynadan “F-16” şikayəti

“Çox gecikmisiniz” Qərb ölkələri Ukraynaya söz verdikləri “F-16” döyüş təyyarələrinin ilk tədarükünü etməyə hazırlaşarkən, Kiyev rəsmiləri prosesin “çox ləng” getməsindən şikayətlənirlər.

Həm Ukrayna, həm də ABŞ müdafiə ekspertlərinin Amerikanın “Vaşinqton Post” qəzetinə verdiyi açıqlamalara görə, “F-16” təyyarələrinin sahədə nəzərəçarpan dəyişikliyə səbəb olacağı ehtimalı görünmür.

İlk mərhələdə Ukraynaya 20-yə qədər “F-16” veriləcək, Ukrayna təyyarələrdən istifadə ilə bağlı heç bir məhdudiyyət qoymasa da, təslim ediləcək döyüş təyyarələrinin Ukrayna hava məkanını qorumaq üçün deyil, daha çox mümkün təyyarə itkilərinin qarşısını almaq üçün rus mövqelərinə hücumda istifadə ediləcəyi bildirilir. Üstəlik, münaqişə zonalarına yaxın təyyarələrin uçması riskli hesab olunduğundan, hətta bu kontekstdə də Rusiya təyyarələrinin Ukrayna hava məkanına daxil olmasının qarşısını almaq üçün onlardan istifadə oluna biləcəyi bəlli deyil. Bundan əlavə, yayın sonuna qədər “F-16” uçuş təlimi almış ukraynalı pilotların sayı cəmi 6 olacaq. Kiyev administrasiyası “F-16”ların əhəmiyyətini itirməsinə görə Qərbi gecikməkdə ittiham edir.

 





29.07.2024    çap et  çap et