Vaxt.Az

İki aya 7,5 aylıq gəncləşdirən pəhriz


 

Stanford araşdırması göstərir ki, bu qida rassionu bioloji yaşı geri döndərər bilər

İki aya 7,5 aylıq gəncləşdirən pəhriz Müəyyən edilib ki, iki ay ərzində veqan pəhrizinə riayət etməklə bioloji yaşı geri qaytarmaq olar. Hüceyrələrin funksiyasının azalmasını ifadə edən bioloji yaş, xronoloji yaşdan fərqli olaraq tərsinə çevrilə bilər. Bioloji yaşı hesablamaq üçün qəti bir üsul olmasa da, alimlər DNT-dəki bəzi dəyişiklikləri araşdıraraq hüceyrələrin qocalmasını təhlil ediblər.

ABŞ-ın Stanford Universitetinin tədqiqatçıları yeni bir araşdırmada qısamüddətli vegan pəhrizin bioloji yaşa necə təsir etdiyini araşdırıblar. Ət, yumurta, süd və süd məhsulları kimi heyvan mənşəli qidaların istehlak edilmədiyi bir veqan pəhrizi getdikcə genişlənsə də, bu həyat tərzinin sağlamlığa təsiri ilə bağlı araşdırmalar da artır.

İyulun 29-da “BMC Medicine” jurnalında dərc edilən araşdırmada bildirlir ki, orta yaşları 40 olan 21 əkiz bacı 8 həftə ərzində izlənilib. Bu müddət ərzində əkizlərdən biri vegan pəhrizinə riayət edir, digəri isə hər şeyi yeyirdi. İştirakçılar tədqiqatın ilk yarısında onlar üçün hazırlanmış yeməklərlə qidalanıblar və növbəti 4 həftədə bu cür davam edib.

Tədqiqatçılar həm qan testləri aparmaq, həm də DNT metilasiyasını ölçməklə bu pəhrizlərin təsirini təhlil ediblər.

DNT metilasiyası, kimyəvi dəyişiklik, DNT və ya zülallara metil qrupu kimi tanınan məlum molekul əlavə etməklə gen ifadəsini bloklamaq və ya hərəkətə gətirmək prosesinə aiddir.

Tədqiqatın əvvəlində əkiz bacı-qardaşların analizlər yaxın olsa da, 8 həftədən sonra vegan pəhriz saxlayanların bioloji yaşının orta hesabla 0,63 il, yəni təxminən 7,5 ay azaldığı qeyd edildi. Bəzi iştirakçılarda, demək olar ki, bir il geriləmə aşkar edilib.

Bundan əlavə, vegan pəhriz ürək, hormon, qaraciyər, iltihab və metabolik sistemlər də daxil olmaqla müxtəlif sistemlərin yaşının azalması ilə əlaqələndirilir.

Bu qrupun bioloji qocalma nisbətində bir qədər azalma olsa da, tədqiqatın aparıcı müəllifi Varun Dvaraka, “Bu onu göstərir ki, hər il bu insanlar yaşlanır, bədənləri ümumiyyətlə gözləniləndən bir qədər az qocalır”, – deyib.

Digər tərəfdən, araşdırma zamanı vegetarian pəhrizdə olan iştirakçılar omnivor pəhrizdə olanlara nisbətən orta hesabla 2 kilo daha çox çəki itiriblər. Tədqiqatçılar bildirirlər ki, bioloji yaş dəyişikliyinə vegan qidalanma deyil, çəki itkisi səbəb ola bilər.

Dvaraka, “Bu tədqiqatda DNT metilasiyasında müşahidə edilən dəyişikliklərə vegan pəhrizinin hansı aspektlərinin töhfə verdiyini dəqiq müəyyən etmək mümkün deyil”, – bildirib.

Tədqiqat, bu pəhrizlərdə xüsusi qida maddələri və ya qida qruplarını təcrid etmədən onları ümumi (vegan və omnivor) müqayisə etmək üçün hazırlanmışdı.

Analizlərin digər araşdırmalarla uyğunlaşdığını deyən komanda hələ də onlara ehtiyatla yanaşmaq lazım olduğunu vurğulayır.

Bundan əlavə, iştirakçıların sayının az olması tədqiqatın mühüm məhdudiyyətidir. Alimlər deyirlər ki, pəhriz, çəki və bioloji yaş arasındakı əlaqəni, həmçinin vegan pəhrizin uzunmüddətli təsirini araşdıran daha çox tədqiqata ehtiyac var.

 





29.07.2024    çap et  çap et