“Dawn” qəzetinin məlumatına görə, rəsmilər Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva əyalətinin Kurram bölgəsində tayfalar arasında torpaq davası səbəbindən beş gün əvvəl toqquşmaların baş verdiyini bildiriblər.
Müxtəlif tayfa ağsaqqallarının müdaxiləsi ilə tərəflər arasında atəşkəsin əldə olunduğu açıqlansa da, qarşıdurma dünən axşam saatlarına qədər davam edib.
Bölgədəki yüksək gərginlik səbəbindən bütün məktəblərdə təhsil dayandırılıb və həftəsonu bazarlar bağlı qalıb. Əsas yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Yerli əhali bildirib ki, yolların bağlanması ərzaq və dərman təminatında problemlər yaradıb.
Keçən həftə torpaq davası səbəbiylə Boşehra və Məlikel tayfaları arasında başlayan mübahisələr, roketatar və raketlər də daxil olmaqla, ağır silahların istifadə edildiyi şiddətli qarşıdurmaya çevrilmişdi.