Vaxt.Az

Kimə dərman lazımdır


 

Şəkərli diabetdən əziyyət çəkən Şimali Koreya başçısı risk qrupundadır

Kimə dərman lazımdır Şimali Koreya rəhbəri Kim Çen Inın həddən artıq kökəlmə səbəbindən sağlıq problemləri yaranıb. Ölkə rəsmiləri ölkə liderinin “piylənmə ilə bağlı yüksək qan təzyiqi və diabet kimi sağlamlıq problemlərini müalicə etmək üçün xaricdən yeni dərmanlar axtardığını” iddia edib.

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) rəsmiləri 2021-ci ildə əhəmiyyətli dərəcədə arıqlayan Kimin yenidən kökəlməyə başladığını və səhhətinin pisləşdiyini bildirib.

Kimdə 30 yaşının əvvəlindən yüksək təzyiq və şəkər xəstəliyinin əlamətləri olduğunu bildirən səlahiyyətlilər, hazırda təxminən 140 kiloqram ağırlığında olan Şimali Koreya liderinin bəzi xəstəliklər üçün yüksək risk qrupunda olduğunu iddia ediblər.

Cənublular Kim üçün xaricdən yüksək təzyiq və diabetə qarşı dərmanlar almağa çalışdıqlarına dair kəşfiyyat məlumatı aldıqlarını bildiriblər.

2011-ci ildə hakimiyyətə gələn Kimin atası və babası ürək problemlərindən dünyasını dəyişib.

 





29.07.2024    çap et  çap et