Vaxt.Az

“Seçkilərə müdaxilə edir”


 

İlon Maskdan “Google”a “Donald” reaksiyası

“Seçkilərə müdaxilə edir” “X” (“Twitter”) sosial platformasının sahibi, “Tesla” elektrik avtomobilləri və “SpaceX” kosmik şirkətinin qurucusu İlon Mask bildirib ki, “Google” prezidentliyə namizəd Donald Trampa senzura tətbiq edib. Paylaşdığı skrinşotda Mask şirkəti seçkilərə müdaxilə etməkdə ittiham edib, çünki Tramp “Donald” yazılan zaman axtarış sisteminin ilk nəticələrində görünmür.

Mask iddia edib ki, ilk axtarış nəticələri Donald Trampı cəzalandırmaq üçün “Prezident Donald Duck” və “Prezident Donald Regan” olub.

Trampı dəstəkləyən Mask, “Seçkilərə müdaxilə etsələr, böyük bəlaya düçar olacaqlar”, – deyib.

Trampın seçki kampaniyasına hər ay 45 milyon dollar bağışladığı bildirilən Elon Musk, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçiləcəyi təqdirdə ABŞ-ın Venesuelaya dönəcəyini düşündüyünü də bildirib.

“Wall Street Journal” sorğusuna əsasən, seçicilər Trampa 49 faiz, Harrisə 47 faiz səs verib.

 





29.07.2024    çap et  çap et