Kobaxidze “Xarici təsirin şəffaflığı” qanunu ilə əlaqədar ABŞ və Gürcüstan münasibətlərində yaşanan problemlərin həlli yollarına toxunub. ABŞ-ın Gürcüstanın strateji tərəfdaş ölkəsi olduğuna diqqət çəkən Kobaxidze bildirib ki, ikitərəfli münasibətlər yenidən başlamalıdır.
Kobaxidze qeyd edib ki, ölkələr arasında münasibətlərin bərpası üçün ilk növbədə ABŞ-da prezident seçkiləri keçirilməli və Ukraynada davam edən müharibəyə son qoyulmalıdır: “Hər halda, istər ABŞ-da bir administrasiya olsun, istərsə də digər, mən hesab edirəm ki, müharibə (Ukraynada) gələn il başa çatacaq və istər “demokratlar” olsun, istərsə də “respublikaçılar” ilə münasibətləri bərpa etmək daha asan olacaq. Vacib olan sonrakı addımları görməyimizdir. Əlbəttə ki, heç bir şey münasibətlərin bərpasına mane ola bilməz”.