Vaxt.Az

Meşə yanğınları beyinə mənfi təsiri edir


 

Çirkli hava Alzheimera tutulma riskini daha da artırır

Meşə yanğınları beyinə mənfi təsiri edir ABŞ tədqiqatçıları havanın çirklənməsinə səbəb olan amillər arasında meşə yanğınlarının tüstüsünün insan beyninə ən çox mənfi təsir göstərə biləcəyini aşkar ediblər. Nəticələri Alzheimer Dərnəyinin Beynəlxalq Konfransında təqdim edilən araşdırma, yanğın tüstüsünün təsirinin intensivliyindəki hər mikroqram artımın demans diaqnozu ehtimalını təxminən 21 faiz artırdığını göstərdi.

Vaşinqton və Pensilvaniya universitetlərindən olan elm adamları 2009-2019-cu illər arasında Cənubi Kaliforniyada yaşayan 1,2 milyon yaşlı insanın sağlamlıq qeydlərini araşdırıblar.

Tədqiqatçılar havanın çirklənməsinə səbəb olan PM 2.5 (diametri 2,5 mikrometrdən az olan incə hissəciklər) 3 il ərzində insanların nə qədər məruz qaldığını hesablamaq üçün hava keyfiyyəti məlumatlarından istifadə ediblər.

Tədqiqatçılar meşə yanğını tüstüsünə məruz qalma intensivliyindəki hər mikroqram artım üçün demans diaqnozu qoyulma ehtimalının təxminən 21 faiz artdığını qeyd edib. Alimlər havanın çirklənməsinə səbəb olan digər amillərə məruz qalma intensivliyindəki hər 3 mikroqram artımın bu xəstəliyə yoluxma nisbətini 3 faiz artırdığını qeyd ediblər.

Tədqiqatçılar, sözügedən məlumatların meşə yanğınlarının səbəb olduğu havanın çirklənməsinin beyin funksiyalarına mənfi təsirinin daha yüksək olduğunu ifadə edə biləcəyini ortaya qoyublar.

Alzheimer Dərnəyinin baş elmi işçisi Maria Karrillo, yay aylarında meşə yanğınlarının artması ilə birlikdə tapıntıları dəstəkləmək üçün daha çox işin edilməsi lazım olduğunu vurğulayaraq, “xüsusilə də ən çox görülən xəstəlik növü olan Alzheimer riskinin olduğunu nəzərə alsaq, çirkli havadan qaçmaqda çətinlik çəkən əhali üçün təhlükə daha yüksəkdir”. – deyib.

 





30.07.2024    çap et  çap et