Vaxt.Az

Venesuelada seçki zorakılığı


 

Ölən və yaralananlar var, 46 nəfər həbs edilib

Venesuelada seçki zorakılığı Venesuelada seçkinin nəticələrinə açıqlanmasından sonra etiraz aksiyaları başlayıb. Seçkilərinin nəticələrinə etiraz edən nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında baş verən insidentlərdə bir nəfər ölüb.

Milli mətbuatda yer alan xəbərə görə, Yaracuy vilayətində seçki nəticələrinə etiraz edən fəallarla təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Hadisələr zamanı 1 nəfər güllələnərək ölüb, 46 nümayişçi saxlanılıb.

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez sosial media hesabından verdiyi açıqlamada hadisələrdə 23 əsgərin yaralandığını bildirib. Bəzi əsgərlərin atəş nəticəsində yaralandığını bildirən Lopez, “Ölkənin 2014, 2017 və 2019-cu illərin qaranlığına dönməsinə icazə verməyəcəyik. Yanlış addım atmayın”, – dedi.

Digər tərəfdən, Venesuela prokuroru Tarek Uilliam Saab hadisələrdə bir çox ictimai mülkə ziyan dəydiyini və məsuliyyət daşıyanlar haqqında lazımi tədbirlərin görüləcəyini qeyd edib.

Venesuelada keçirilən prezident seçkilərinin nəticələrinin saxta olduğunu iddia edən onlarla insan meydanlara çıxaraq polislə toqquşur. Dünən seçkilər başa çatdıqdan sonra açıqlama verən müxalifət Milli Seçki Şurasının (MSŞ) məlumatlarının dəqiq olmadığını və nəticələrin saxta olduğunu iddia edib.

***

Müxalifət lideri Maria Korina Maçado, əllərində olan protokollara görə, prezident seçkilərində 73 faizlə qalib gəldiklərini iddia edib.

Birləşmiş Demokratik Platformanın (PUD) namizədi Edmundo Qonzalesin seçkilərdə qalib gəldiyini iddia edən Maçado, “Biz 73,20 faiz səs aldıq və bu nəticələr namizədimiz Qonzalesin qalib gəldiyini göstərir. Fərq böyük idi və biz ölkənin bütün əyalətlərdə böyük fərq yaratdıq”, – deyib.

Əllərində olan protokollara görə, Maçado prezident Nikolas Maduronun 2 milyon 729 min 256 səs aldığını iddia edərək, namizədləri Qonzalesin 6 milyon 275 min 182 səs aldığını bilirib.

 





30.07.2024    çap et  çap et