Tramp “Fox News”a verdiyi müsahibədə deyib: “Mən çox açıq fikirliyəm, lakin onların etdiklərini təhqiredici hesab edirəm”.
Mübahisəli nümayiş “Son şam yeməyi”ni xatırladan səhnə ilə başlayıb, insanların, o cümlədən qadın paltarı geyinmiş kişilərin masa ətrafına toplaşaraq İsanın şagirdləri ilə birlikdə yemək yeməsini parodiya edib. Fransa Yepiskoplar Şurası “xristianlığa istehza və hörmətsizlik səhnələrini” pisləyib.
Nümayiş sosial şəbəkələrdə xüsusilə Fransa və İtaliyada ifrat sağçı siyasətçilər tərəfindən sərt tənqidlərə səbəb olub. 2028-ci ildə Los-Anceles Olimpiadasında prezident olacağı təqdirdə hansı açılış mərasimini görmək istərdiniz sualına Tramp deyib: “Biz “Son şam yeməyini” ötəngünki kimi çəkməyəcəyik”.
Olimpiya Oyunlarının açılış mərasiminin bədii rəhbəri Tomas Coli (Thomas Jolly) bazar günü verdiyi açıqlamada şounun “Son Şam yeməyi” tablosundan “ilhamlandığı” iddialarını təkzib etdi.
Təşkilat komitəsinin sözçüsü Enn Diqan deyib: “Məqsədimiz heç vaxt hər hansı dini qrupu aşağılamaq deyildi. “İnsanları incitdilərsə, həqiqətən üzr istəyirik”.