Vaxt.Az

“Dünya üçün risklidir”


 

Rusiya və Şimali Koreya arasındakı təhlükəsizlik paktına reaksiyalar

“Dünya üçün risklidir” “Rusiya və Şimali Koreya arasında təhlükəsizlik paktı sabitliyi pozur və dünya üçün risklidir”. Avstraliya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, bu sözləri nazir Penni Vonq Vonq Cənubi Koreyaya səfəri çərçivəsində Paju şəhərində jurnalistlərə açıqlamalar verib.

Avstraliyanın Cənubi Koreya ilə həmrəy olduğunu vurğulayan Vonq, Şimali Koreyanın sabitliyi pozan hərəkətlərindən narahat olduqlarını bildirib.

Vonq Şimali Koreyanın Avstraliya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla tərəfdaşlarının təhlükəsizliyini təhdid edən ballistik raket buraxılışlarını qınamağa davam etdiklərini bildirib.

Şimali Koreya ilə Rusiya arasındakı təhlükəsizlik paktının sabitliyi pozduğunu ifadə edən Vonq, “Rusiyanın sülhə xidmət etməyən davranışlar sərgilədiyini, əksinə, gərginliyi artırdığını görürük. Şimali Koreyadan Rusiyaya silah transferinin davamı Millətlər Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulmasıdır”, – deyib.

***

Rusiya prezidenti Vladimir Putin iyunun 19-da Şimali Koreyaya rəsmi səfər edib və tərəflər arasında “hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalanıb.

Putin razılaşmada tərəflərdən birinə hücum olacağı təqdirdə qarşı tərəfin hərbi yardım göstərəcəyini vəd etdiyini, lakin o, “müttəfiqlik” sözünü işlətməkdən yayındığını bildirib.

Şimali Koreya lideri Kim Çen In razılaşmanı “pakt” kimi qiymətləndirib və münasibətlərin “yüksək müttəfiqlik” səviyyəsinə yüksəldiyini vurğulayıb.

 





30.07.2024    çap et  çap et