Vaxt.Az

Azay Quliyev əsəbləşdi ...


 

... və xəbərdarlıq etdi

Azay Quliyev əsəbləşdi ... Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev QHT-lərə xəbərdarlıq edib.

Vaxt.az-ın məlumatına görə, Azay Quliyev bildirib ki, qanunvericiliyə əsasən, QHT-lərin Maliyyə Nazirliyinə hesabat verməsi müddəti aprelin 1-də başa çatıb. Şura sədri qeyd edib ki, bu müddət başa çatsa da, 1000-dən artıq QHT Maliyyə Nazirliyinə hesabat təqdim etməyib: «Həmin təşkilatlara qarşı qanunvericilik çərçivəsində cərimələr tətbiq oluna bilər. Cərimələr kifayət qədər böyük məbləğdə olacaq. Ona görə də QHT-lərə müraciət edirəm və onların nəzərinə çatdırıram ki, Maliyyə Nazirliyi bir qədər möhlət verib. Təxminən üç həftə vaxtları var və bu müddətdə hesabatlarını Maliyyə Nazirliyinə qətdim etsinlər. Əks halda sanksiya ilə üzləşəcəklər».

 





05.04.2014    çap et  çap et