Vaxt.Az

Gizli hərbi yük daşıyacaq


 

ABŞ-ın USSF-51 kosmik missiyası işə başladı

Gizli hərbi yük daşıyacaq ABŞ-ın gizli hərbi yükünü kosmosa daşımağı hədəfləyən “USSF-51” missiyası bu gün Atlas V raketinin uğurla buraxılması ilə rəsmi olaraq start verilib.

“USSF-51” missiyası ABŞ Kosmik Sistemlər Komandanlığında (SSC) başlayıb.

Missiya çərçivəsində ABŞ-ın gizli hərbi yükünü kosmosa daşıyacaq aerokosmik mühəndislik şirkəti “United Launch Alliance”a (ULA) aid “Atlas V” raketi ABŞ-ın Florida əyalətindəki Keyp Kanaveral Kosmik Qüvvələri Stansiyasından yerli vaxtla 13.45 uğurla buraxılıb.

Son buraxılışın “Atlas V” raketi ilə ABŞ üçün 58-ci və son milli təhlükəsizlik missiyası olduğu açıqlansa da, daşınan yük və ya təyinat yeri haqqında ətraflı məlumat paylaşılmayıb.

***

2006-cı ildə qabaqcıl texnologiya və aerokosmik şirkətlər “Lockheed Martin” və “Boeing” ilə əməkdaşlıqda qurulan ULA-nın əsas müştəriləri NASA və ABŞ Müdafiə Nazirliyidir. Daha əvvəl orbitə ABŞ ordusuna aid rabitə peykləri və müxtəlif kosmik gəmilər göndərən şirkətin müxtəlif kommersiya müştərilərinə də xidmət göstərdiyi məlumdur.

 





30.07.2024    çap et  çap et