Vaxt.Az

Tayvandan Çin mesajı


 

“Qarşılıqlılıq və ləyaqət prinsipləri çərçivəsində dialoqa üstünlük veririk”

Tayvandan Çin mesajı Tayvan lideri Lay Çinq-ti dünən paytaxt Taybeydə başlayan Parlamentlərarası Alyansın (IPAC) konfransında Çinlə “mübarizə yerinə dialoqa üstünlük verməyə hazırıq”, – mesajını verdi.

Sabah davam etdirilməsi planlaşdırılan konfransda 35 ölkədən siyasətçilər iştirak edir.

IPAC çərçivəsində keçirilən toplantıda çıxış edən Lay konfransın “digər ölkələrin Tayvana verdiyi dəstəyi və dəyəri” göstərdiyini bildirib.

Konfransın demokratik ölkələrə müsbət mesaj verdiyini ifadə edən Lay, Çinlə əlaqələrlə bağlı “Qarşılıqlılıq və ləyaqət prinsipləri çərçivəsində mübarizə aparmaq əvəzinə dialoqa üstünlük verməyə hazırıq”, – deyib.

Çin ilə əlaqənin Tayvan boğazında mübahisələri azaltmaq, sülh və sabitliyi təmin etmək üçün davam edəcəyini vurğulayan Lay, ölkələri Tayvanda bir araya gəlməyə dəvət edib.

Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyi tərəfindən edilən yazılı açıqlamada IPAC-ın “etibarlı olmadığı” ifadə edildi.

“Çin və Tayvan hakimiyyəti ilə diplomatik əlaqələri olan ölkələr arasında istənilən rəsmi dialoqa qarşıdır”, – bəyanatda deyilir.

 





30.07.2024    çap et  çap et