Vaxt.Az

NATO-dan Ukraynaya 40 milyard yardım ...


 

... və Polşada tankçılarına təlim keçir

NATO-dan Ukraynaya 40 milyard yardım ... NATO müttəfiqləri Polşa və Norveçdən olan təlimatçıların Polşadakı hərbi obyektdə Ukrayna tankçılarına təlim keçdiyini açıqlayıb.

NATO-nun verdiyi bəyanatda, “Polşadakı hərbi təlim müəssisəsində Ukrayna tankçılarına NATO müttəfiqləri Polşa və Norveçdən olan təlimatçılar tərəfindən güclü “Leopard 2A4” əsas döyüş tankının istifadəsi və saxlanması öyrədilir. “Leopard 2A4” əsas döyüş tankı Norveç və Polşa da daxil olmaqla bir çox NATO ordularının əsas dayağıdır və təlimatçıların məqsədi ukraynalı kursantlara təlimlərdə özlərini daha çox əmin olmaq bacarıqları verməkdir. Təlim Ukraynaya dəstək üçün Avropa Birliyinin Hərbi Yardım Missiyasının (EUMAM UA) bir hissəsidir və Ukrayna ordusunun Rusiyaya qarşı müdafiəsini dəstəkləmək üçün nəzərdə tutulub. “NATO müttəfiqləri Vaşinqton sammitində gələn il ərzində Ukraynaya minimum 40 milyard avro hərbi yardım vəd edərək dəstəyini artırmağa davam edir”.

 





30.07.2024    çap et  çap et