Vaxt.Az

300 gəmi və 20 min heyətlə ...


 

... Rusiya Hərbi Dəniz Qüvvələrinin nəhəng təlimi

300 gəmi və 20 min heyətlə ... Rusiya Müdafiə Nazirliyi Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal, Sakit Okean və Baltik Donanmalarının əməliyyat zonalarında və Xəzər Donanmasının cavabdehlik zonasında 300 gəmi və 20 min şəxsi heyətlə təlimlərə başladığını açıqlayıb.

“Döyüş hazırlığı tədbirlərində 300-ə yaxın gəmi və kater, sualtı qayıqlar və yardımçı gəmilər, 50-yə yaxın təyyarə, 200-dən çox hərbi və xüsusi texnika, 20 mindən çox hərbi qulluqçu və mülki heyət iştirak edir”.

Məlumatda qeyd olunub ki, üç donanmanın və Xəzər Donanmasının gəmi heyətləri, Hərbi Dəniz Qüvvələrinin hərbi hissələri və sahil qoşunları bir neçə gün ərzində silahların praktiki tətbiqi ilə 300-dən çox döyüş təlimi keçirəcəklər. Təlimlərin məqsədi Hərbi Dəniz Qüvvələrinin bütün səviyyələrdə hərbi komandanlıq və nəzarət orqanlarının, eləcə də Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmi heyətlərinin hərəkətlərinə nəzarət etmək, Dəniz aviasiya bölmələrinin və sahil bölmələrinin təyin edilmiş tapşırıqları yerinə yetirməyə hazır olub olmadığını yoxlamaqdır.

 





30.07.2024    çap et  çap et