Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) rəsmiləri 2021-ci ildə xeyli çəki itirən Kimin yenidən kökəlməyə başladığını və səhhətinin pisləşdiyini iddia edib. 140 kiloqram çəkisi olan Şimali Koreya liderinin səhhəti yüksək təzyiq və şəkərli diabet kimi xəstəliklərə görə xeyli pisləşib.
Onun sağlamlığı haqqında müzakirələr illərdə davam edir. Kimin səhhətinin pis olması və israfçı həyat tərzi ilə bağlı fərziyyələr var. O, həddindən artıq içmə və siqaret çəkmə vərdişlərinin yüksək stress səviyyələri ilə birlikdə səhhətinin getdikcə pisləşməsinə səbəb olduğu düşünülür. Hesablamalar 40 yaşında olan Kimin 140 kq ağırlığında olduğunu və 2012-ci ildə ürək xəstəliyi riskinin yüksək olduğunu göstərir. Ehtimal olunur ki, Kim Çen In ilk dəfə 30-cu illərin əvvəllərində yüksək qan təzyiqi və diabet əlamətləri göstərməyə başlayıb.
Deyilənə görə, babası və atası oxşar səhhətində yaranan problemlər səbəbindən ürək xəstəliyindən dünyasını dəyişən Kim Çen Inın yüksək təzyiq və şəkər xəstəliyinə qarşı xaricdən yeni dərmanlar almağa çalışdığı bildirilir.
Bu iddialar atadan oğula keçən ölkə idarəçiliyində Kim Çen Indan sonra kimin hakimiyyətə gələcəyi sualını dərhal yada saldı. Cənubi Koreyadan gələn iddiaları manşet edən Britaniya mətbuatı Kim Çen Inın qızını onun varisi olmaq üçün öyrətdiyini yazıb.
Şimali Koreya dövlət mediası tərəfindən tez-tez Kimin “hörmətli qızı” və “sevimli uşağı” kimi xatırlanan Kim Ju-ae, atası və Şimali Koreyanın yüksək səviyyəli rəsmiləri tərəfindən gələcək lider kimi bəzədildiyi düşünülür.
Keçən mart ayında Kim Çen Inın 11 yaşlı varisi Kim Ju-ae “böyük rəhbər insan” kimi təsvir edilmişdi. Bu termin Şimali Koreyada ümumiyyətlə yüksək səviyyəli liderlər və onların davamçıları üçün istifadə olunur.
Cənubi Koreyalı siyasətçi Li Seong-kwon verdiyi açıqlamada “Kim Ju-ae-nin işinin 60 faizindən çoxunun atasını hərbi fəaliyyətlərdə müşayiət etməsi ilə bağlı olduğunu”, – söyləyib və əlavə edib ki, “Pxenyan ən çox ehtimal olunan varis olduğu üçün Kim Ju-ae-ni vəliəhd şahzadə etmək üçün öyrədir”, – dedi.
Əvvəllər Kim Çen Inın bacısı, Şimali Koreyanın “kölgə lideri” adlandırılan Kim Yo Conqun adı onu əvəz edəcək ad kimi hallanırdı.
Kim Yo Conq hazırda Şimali Koreyanın siyasət quruculuğu orqanı olan Dövlət İşləri Komissiyasında yeganə qadındır. Böyük qardaşı Kim Çen Inın yanında tez-tez pozalar verən Kim Yo Conq, qardaşından daha sərt və hətta daha qəddar rəftar kimi təqdim edilib.
Kim Yo Conq xüsusilə Şimali Koreyanın xarici siyasəti sahəsində önə çıxır və davamlı olaraq Cənubi Koreyanı və onu dəstəkləyən Qərb dövlətlərini məhv etməklə hədələyən bəyanatlar verir.