Ölkənin köklü qəzetlərindən olan “Financial Times” (FT) Böyük Britaniyanın laboratoriya şəraitində hazırlanmış ətə icazə verən ilk Avropa ölkəsi olduğunu yazıb.
“Meatly” şirkətinin baş direktoru Ouen Ensor süni ətin bəyənilməsində Böyük Britaniyanın Avropa Birliyindən (AB) ayrılması və AB qaydalarına tabe olmamasının rol oynadığına diqqət çəkərək, bunun onlar üçün fürsət yaratdığını bildirib.
İngiltərə rəhbərliyinin biotexnologiya və innovasiyaya önəm verdiyini bildirən Ensor deyib: “Düşünürəm ki, bu təsdiqlə bağlı ən maraqlı elementlərdən biri Böyük Britaniyanın innovativ sahələrdə və qida texnologiyasında lider olmaq niyyətini nümayiş etdirməsidir. AB ümumiyyətlə daha uzun və daha mürəkkəb tənzimləmə mexanizmlərinə malikdir”.
Ensor, ev heyvanlarının yeminin süni ət sənayesi üçün başlanğıc nöqtəsi olduğunu bildirdi. Heyvanları sevən, onlara qarşı zülmə qarşı çıxan şəxsin öz ev heyvanını ətlə bəsləməkdə “dilemma” olduğunu əsas gətirən şirkət sahibi, bu səbəbdən süni ətə tələbatın açıq olduğunu bildirib.
FT-nin məlumatına görə, “Winchester” Universitetində aparılan bir araşdırmada, sorğuya qatılan ev heyvanı sahiblərinin 50 faizi heyvanlarını süni ətlə bəsləyəcəklərini, 32 faizi isə bu əti özləri istehlak edəcəklərini bildiriblər.
İngiltərə Qida Standartları Agentliyindən Ceymes Kuper, “süni ətin qida və yem sənayesində təhlükəsiz və qanuni şəkildə inkişaf etdirildiyi müddətdə istifadəsini alqışladıqlarını”, – söylədi.
Digər tərəfdən xəbərdə İtaliya, Fransa və Avstriya kimi ölkələrdə süni ət araşdırmalarına reaksiyaların olduğu qeyd edilib. ABŞ-ın Florida və Alabama ştatlarında bu təcrübə birbaşa qadağan edilib.