Yaxın Şərqdə İsrail-Hizbullah qarşıdurmasında gərginlik sürətlə artarkən, ABŞ İraqda İranın dəstəklədiyi “Haşd əş-Şaabi” təşkilatına hücuma keçib. İraqdakı şiə yaraqlıları Haşd əş-Şaabi pilotsuz təyyarə ilə raket hücumu nəticəsində Babildəki 47-ci briqadada partlayış baş verdiyini bildirib.Həşd əş-Şaabi tərəfindən edilən yazılı açıqlamada, “Babilin Curf əs-Səhərin Seyadat bölgəsində 47-ci briqadada mənşəyi naməlum bir partlayış olub”. Açıqlamada partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Hücuma görə məsuliyyəti üzərinə götürən ABŞ ordusu İranın dəstəklədiyi təşkilatın ABŞ-ın bölgədəki bazasını vurmağa hazırlaşdığını bildirib.
Hadisə İsrailin Beyruta hücumundan sonra gərginliyin artmasından sonra baş verib. İsrail Livanın paytaxtı Beyrutda təşkil edilən hücumda “Hizbullah” liderlərindən Fuad Şükrün öldürüldüyünü açıqlayıb.
çap et