Bildirilib ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” üz tanıma texnologiyasından istifadə edərək icazəsiz biometrik məlumat toplayırmış.
Texas Baş prokuroru Ken Paxton tərəfindən edilən açıqlamada iddia şəxsi biometrik məlumatlarının icazəsiz toplanmasını və istifadəsini dayandırmaq üçün qaldırılıb.
Açıqlamada qeyd edilib ki, bu, Texasın “Biometrik İdentifikatorların Toplanması və ya İstifadəsi Qanunu” çərçivəsində açılan ilk iddia və əldə edilən ilk razılaşmadır. Bu ştat sakinlərinin məxfilik hüquqlarını pozan təcrübələrlə məşğul olan bütün şirkətlərə xəbərdarlıq rolunu oynayır.
Açıqlamada “Meta”nın 2011-ci ildə “Tag Suggestions” adlı xüsusiyyəti təqdim etdiyi xatırladılıb və bu xüsusiyyətin necə işlədiyini izah etmədən bütün texaslılar üçün avtomatik olaraq aktiv edildiyi ifadə edilib.
Açıqlamada “Meta”nın 10 ildən artıqdır “Facebook”a yüklədiyi fotolarda demək olar ki, hər sifətə üz tanıma proqramı tətbiq etdiyi və insanların üz həndəsəsinin qeydə alındığı bildirilib.
Texas Baş prokuroru Paxton 2022-ci ilin fevralında “Meta”ya qarşı, milyonlarla sakinin biometrik məlumatlarını onların razılığı olmadan qeyri-qanuni şəkildə topladığı səbəbi ilə məhkəməyə müraciət etmişdi.