İsrail mətbuatında yer alan xəbərdə ölkənin şimalındakı hava sahəsinin Təl-Əvivin üzərində yerləşən Hadera şəhərindən başlayaraq uçuşlara bağlandığı bildirilib. Uçuş qadağasının 24 saat ərzində həyata keçiriləcəyi və bölgədə yollarda heç bir məhdudiyyətin olmadığı bildirilib.
İsrail ordusu ötən gün Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.
Bu gün səhər tezdən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində həyatını itirib.
***
Bu arada İsrail baş nazirliyinin kabinet üzvlərindən İranın paytaxtı Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi barədə açıqlama verməmələrini xahiş etdiyi bildirilib.
HƏMAS və İran İnqilab Keşikçiləri (SEPAH) Haniyənin ölümü ilə nəticələnən hücumun arxasında İsrailin olduğunu açıqlayıb. İsrail rəsmiləri Haniyənin qətli ilə bağlı susqunluğunu davam etdirir.