Vaxt.Az

Rusiyadan Kiyevə intensiv hücum


 

İlin ən intensiv həmləsi zamanı 30-dan artıq aparat vurulub

Rusiyadan Kiyevə intensiv hücum Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə 2024-cü ilin ən intensiv pilotsuz uçuş aparatı (PUA) hücumunu həyata keçirib.

Kiyev Hərbi Administrasiyasının sosial media hesabında edilən paylaşımda Rusiya ordusunun paytaxt Kiyev başda olmaqla ölkənin müxtəlif nöqtələrinə hücumlarda onlarla PUA-danistifadə edildiyi və əsas hədəfinin Kiyev olduğu bildirilib.

Yazıda Kiyevə iyul ayında 7-ci dəfə hücumun həyata keçirildiyi və “İstifadə olunan PUA-ların sayına görə 2024-cü ildə ən kütləvisi olub”.

İlkin tapıntılara görə, Kiyevdə insan itkisi olmayıb, araşdırmalar işləri davam edir, həmçinin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 30-dan çox PUA-nın məhv edildiyi bildirilib.

 





31.07.2024    çap et  çap et