Vaxt.Az

ABŞ-dan İrana PUA sanksiyası


 

7 şirkət və 5 nəfər qara siyahıda

ABŞ-dan İrana PUA sanksiyası ABŞ İranın raket və pilotsuz uçuş aparatları (PUA) proqramlarına dəstəklədiyi bildirilən şirkət və şəxslərə sanksiya tətbiq etmək qərarına gəlib.

ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, İran Müdafiə və Silahlı Qüvvələrinin Logistika İdarəsinin (MODAFL) raket və İHA proqramlarına verdiyi töhfələrə görə İran və Çində yerləşən 7 şirkətə sanksiya tətbiq ediləcəyi bildirilib.

Məsələ ilə bağlı 5 nəfərə sanksiya tətbiq ediləcəyi bildirilən açıqlamada İranın ballistik raket və İHA proqramlarının həm bölgədə, həm də dünyada mülki insanların həyatını təhlükəyə atdığı qeyd edilib.

Açıqlamada, “ABŞ İranın bu ölümcül silahların istehsalına şərait yaradanların hesabını ödəməyə davam edəcək”, – deyilir.

 





31.07.2024    çap et  çap et