Vaxt.Az

Venesuela Peru ilə diplomatik əlaqələri kəsib


 

XİN xalqın iradəsinə hörmət edilməsini istəyib

Venesuela Peru ilə diplomatik əlaqələri kəsib Venesuela iyulun 28-də ölkədə keçirilən prezident seçkilərinin nəticələrini tanımayan Peru ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb. “Biz Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 45-ci maddəsi əsasında Peru ilə diplomatik əlaqələri kəsmək qərarına gəldik”, – deyə bəyanatda bildirilir.

Venesuela xarici işlər naziri İvan Gil də sosial media hesabından Peruya reaksiya verərək xalqının iradəsinə hörmət edilməsini istəyib.

Venesuelada keçirilən prezident seçkilərindən sonra Peru nəticələri inandırıcı hesab etmədiyini və müxalifət koalisiyasının namizədi Edmundo Qonzalesi prezident kimi tanıyacağını açıqlayıb.

***

Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Nikolas Maduro iyulun 28-də keçirilən prezident seçkilərində 51,20 faiz səslə üçüncü dəfə qalib gəlib.

Venesuela müxalifət koalisiyasının Birləşmiş Demokratik Platformasının (PUD) namizədi Edmundo Qonzales seçki nəticələrini rədd etdiklərini açıqlayıb.

Ölkədə seçki nəticələrinin saxta olduğu səbəbilə keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən insidentlərdə 11 nəfər həyatını itirib.

 





31.07.2024    çap et  çap et