Bəyanatda Fuadın “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın sağ əli və döyüş əməliyyatlarına cavabdeh müşaviri olduğu bildirilib.
İsrailin işğalı altında olan Qolan Təpələrində Məcdel Şəmsdə 12 uşağın öldürülməsindən Şükürün məsul olduğu vurğulanan açıqlamada “Hizbullah”ın İsrailə qarşı hücumlarını 8 oktyabrdan bəri Fuat Şükür idarə edib” ifadəsi işlədilib.
İsrail ordusunun sözçüsü Daniel Hagari ayrıca bəyanatda “Hizbullahın davam edən təcavüzü və qəddar hücumları Livan xalqını və bütün Yaxın Şərqi daha geniş gərginliyə sürükləyir”, – deyib: “Biz daha geniş müharibə olmadan döyüşləri həll etməyə üstünlük versək də, İsrail ordusu istənilən ssenariyə tam hazırdır”.
Maraqlıdır ki, “Hizbullah” Məcdel Şəmsə hücumda hər hansı əli olduğunu inkar edir.