Vaxt.Az

Həsən Nəsrullahın sağ əli Şükür kimdir?


 

Başına beş milyon mükafat təyin edilən terrorçu haqqında ətraflı

Həsən Nəsrullahın sağ əli Şükür kimdir? Qolanda 12 uşağın ölümünə səbəb olan Məcdel Şəms hücumuna cavab olaraq dünən (çərşənbə axşamı) axşam saatlarında “Hizbullah” terror təşkilatının qalası sayılan Beyrutun cənub ətraflarında İsrail tərəfindən təşkil edilən sui-qəsd əməliyyatında hədəf alınan terrorçuların yüksək səviyyəli lideri Fuad Şükür, İsrail əvvəli Vaşinqton üçün strateji bir hədəf olaraq görülürdü. ABŞ Dövlət Departamentinin Ədalət Mükafatları Proqramı çərçivəsində Şükür haqqında məlumat verənə 5 milyon dollar mükafat veriləcəyi bildirilib.

Proqramın internet saytında 15 aprel 1961-ci ildə Baalbekin (Şərqi Livan) Nebi Şit bölgəsində anadan olduğu bildirilən Şükür “Hacı Muhsin” kimi də tanınır. Həmçinin bildirilir ki, Şükür “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın hərbi məsələlər üzrə baş müşaviri olub.

Saytın məlumatına görə, Şükür “Hizbullah”ın ən yüksək hərbi qurumu olan Cihad Şurasında xidmət edib və terror təşkilatının Suriyada müxalif qüvvələrə qarşı hərbi kampaniyasında “Hizbullah” terrorçularına və Suriya rejimini dəstəkləyən qüvvələrə yardım edib.

Şükür “Hizbullah”ın öldürülmüş komandiri İmad Muğniyənin yaxın sirdaşı olub. Vaşinqtonun fikrincə, o, 23 oktyabr 1983-cü ildə Beyrutda ABŞ Dəniz Piyadaları Korpusunun kazarmasına edilən və 241 ABŞ hərbçisinin ölümü və 128 nəfərin yaralanması ilə nəticələnən bombalı hücumda “əhəmiyyətli rol” oynayıb. 10 sentyabr 2019-cu il tarixində ABŞ Dövlət Departamenti 13224 saylı Sərəncamla Şükürü Xüsusi Təyin olunmuş Qlobal Terrorçu kimi təyin etdi.

ABŞ Maliyyə Nazirliyi də 2015-ci ildə 13582 saylı fərmanla Şükürü “Hizbullah” üçün və ya onun adına işlədiyinə görə “terrorçu” elan edib.

İsrailin “Kanal 12” televiziyası dünən gecə Beyrutun cənub ətraflarında təşkil edilən hücumun hədəfinin “Hacı Muhs”in ləqəbi olan Şükür olduğunu bildirib. Kanal Şükürün Nəsrullahın hərbi müşaviri olduğunu və israillilər tərəfindən terror təşkilatının ikinci adamı kimi tanındığını bildirib.

Bəzi məlumatlara görə, 2016-cı ildə “Hizbullah”ın hərbi komandiri Mustafa Bədrəddin Dəməşqdə öldürüldükdən sonra Şükür bu vəzifəyə keçib, lakin bu məlumat təsdiqini tapmayıb.

 





31.07.2024    çap et  çap et