Makronun ofisi keçən il Britaniya kralı Çarlz üçün dəbdəbəli nahar və Hindistanın baş naziri Narendra Modi də daxil olmaqla digər dövlət ziyafətləri üçün bütün imkanları səfərbər edincə ortaya milyon avrodan artıq büdcə kəsiri çıxıb.
Keçən sentyabr ayında Makron 17-ci əsrdə Versal Sarayının məşhur Güzgülər Salonunda verdiyi dövlət şam yeməyində krala və onun həyat yoldaşı Kraliça Kamillaya göy omar, göbələk qratinli Bresse fransız quş əti və müxtəlif fransız və ingilis pendirləri təqdim edib.
Bu, Fransa dövlətinə 166 min 193 avrosu yemək, 42 min 515 avrosu isə içki xidmətləri daxil 474 min 851 avroya başa gəlib.
Hay Qrant, Mick Cagger və Arsene Venger kimi adların qatıldığı şam yeməyində kral Çarlz Makrona “Səxavətiniz ailəmin və mənim Fransada mərhum kraliçaya anama göstərilən hörmətdən necə təsirləndiyimizi xatırlatdı”.
““Brexit”ə baxmayaraq və əlaqələrimiz çox köhnə olduğuna görə mən bilirəm ki, biz qitəmizin tarixinin bir bölümünü birlikdə yazmağa davam edəcəyik”, – Fransa prezidenti tost zamanı deyib.
Digər tərəfdən yoxlama məhkəməsi, Yeni Dehlini daha çox Fransız sualtı qayıqları və döyüş təyyarələri almağa razı salmaq istəyən Makronun 2023-cü ilin iyulunda Luvrda Modinin şərəfinə verdiyi dövlət yeməyinin 412 min avroya başa gəldiyini də açıqladı.
Prezidentin xərcləri ilə bağlı xəbərlər, səlahiyyət müddəti başa çatan hökumətin Fransanın iqtisadiyyatın ölçüsünə nisbətən dünyanın ən yüksək dövlət xərclərini ödəyə bilməyəcəyi mesajı ilə uzlaşır.
Audit məhkəməsi prezidentin xarici səfərlərinin artan xərclərinə də diqqət çəkərək, “Airbus A330”un beynəlxalq uçuşlarda saatına 23 min avro ödənərək istifadə edildiyini bildirib.
O bəyan edib ki, dövlət qəbulları və rəsmi səfərlər üçün yüksək xərclər nəticəsində prezidentlik xərcləri ötən il 6,5 faiz artaraq 117,2 milyon avro olub və nəticədə büdcədə 8,3 milyon avro kəsir yaranıb.
Məhkəmə indi deyir ki, Yelisey prezidentliyin maliyyə sabitliyini bərpa etmək və saxlamaq üçün əhəmiyyətli səylər göstərməlidir.