Vaxt.Az

Dağıntılar altında qaldı


 

Hizbullah komandirinin öldürüldüyünü təsdiqləyir

Dağıntılar altında qaldı “Hizbullah” terror təşkilatı İsrail ordusunun paytaxt Beyruta həyata keçirdiyi hava hücumunda yüksək rütbəli komandirlərindən Fuad Şükürün öldürüldüyünü təsdiqləyib. Təşkilatın rəsmi “Telegram” hesabından verilən açıqlamada “Seyid Muhsin” kod adlı Şükürün İsrailin hücumunda həyatını itirdiyi bildirilib.

Terrorçular daha əvvəl İsrail qüvvələrinin hava hücumu zamanı Şükürün binada olduğunu, lakin dağıntılar altında qaldığını və ona çatmaq mümkün olmadığını bildirmişdi.

***

İsrail ordusu dünən Livanın paytaxtı Beyruta hava hücumu zamanı “Hizbullah” komandirlərindən Şükürü öldürdüyünü açıqlamışdı.

Açıqlamada hücumun döyüş təyyarələri ilə həyata keçirildiyi və öldürülən komandirin “Hizbullah” lideri Həsən Nəsrullahın “sağ əli” olduğu iddia edilib.

Həmçinin, Şükürün “8 oktyabr 2023-cü ildən İsrailə qarşı hücumları idarə etdiyi və 27 iyulda Məcdel Şəms hücumundan məsul olduğu” iddia edildi.

İsrail mətbuatında Şükürün bir neçə il əvvəl Hizbullahın "dəqiq raket layihəsi"nə komandan təyin edildiyi xəbəri yayılıb.

Hizbullah komandiri Fuad Şükür Vaşinqtonun 1983-cü ildə Beyrutdakı ABŞ Dəniz Piyadaları kazarmasının bombalanmasında oynadığı iddia edilən rola görə mükafat verdiyi adlar arasında olub.

 





31.07.2024    çap et  çap et