Təlim İsrail ordusunun müxtəlif bölmələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Təlim zamanı əsgərlər müxtəlif ssenarilər, o cümlədən dağlıq və şəhər ərazilərində döyüşlər üzrə məşqlər keçiblər.
Halevi manevrdə iştirak edən əsgərlər qarşısında etdiyi çıxışında, “Dünən “Hizbullah”ın ən yüksək rütbəli hərbçisini və eyni zamanda (baş katib) Həsənə çox yaxın olan, əslində bütün hərbi işləri təşkil edən Fuad Şükürü öldürmək fürsətimiz oldu”.
Beyrutda Livanı işğal etmək və başqa sui-qəsdlər həyata keçirməyə eyham vuran Halevi deyib: “İsrail ordusu Beyrutun bir məhəlləsində necə hərəkət etməyi və müəyyən bir nöqtəyə çatmağı bilir. O, həmçinin yerin altında müəyyən bir nöqtəyə hücum etməyi də bilir. “Biz həmçinin içəridə (Livanda) böyük bir qüvvə ilə necə mübarizə aparacağımızı bilirik və bu həftə üçün məşq etdiyiniz budur”.
İsrail ordusu dünən Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.
“Hizbullah” terrorçularının komandiri Fuad Şükür Vaşinqtonun 1983-cü ildə Beyrutdakı ABŞ Dəniz Piyadaları kazarmasının bombalanmasında oynadığı iddia edilən rola görə mükafat təyin etdiyi adlar arasında olub.
7 oktyabr 2023-cü ildən “HƏMAS” terrorçularına qarşı hücumlarını davam etdirən İsrail, şimal sərhədində də Livan “Hizbullah”ı ilə toqquşur. İsrail və Livan arasında “Mavi xətt” adlanan sərhəd xəttində hərbi gərginlik davam edir.