Kaliforniyanın Baş prokuroru Rob Bonta iyulun 30-da 16 yaşlı qız da daxil olmaqla 10 seks alveri qurbanının xilas edildiyini açıqlayıb.
25-29 iyul tarixlərində keçirilən yarmarkaya təxminən 135 min insanın qatıldığı bildirilib.
“Təəssüf ki, seks alveri şəbəkələri Komik-Kon kimi irimiqyaslı tədbirlərdən istifadə edərək öz qurbanlarını mənfəət üçün istismar edirlər”, – Bonta deyib.
Kaliforniya Baş prokuroru əməliyyatın müvəffəqiyyətlə keçdiyini bildirərək, “Potensial cinayətkarlara etdikləri əməllərə döz bağlamayacağımızla bağlı açıq mesaj verdik”, – deyib.
Komik-Kon təşkilatçıları əməliyyatın onlara xəbər verilmədən keçirildiyinə diqqət çəkərək, “Təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edirik, əlimizdən gələni edirik”, – deyiblər.
Əməliyyat çərçivəsində polis seks ticarəti ilə məşğul olan dəstə üzvləri ilə onlayn əlaqə saxlayıb. Bildirilib ki, bir müddət təqib edilən cinayətkarlar yarmarkadakı fəaliyyətləri yoxlanıldıqdan sonra hadisə yerindən kənarda yaxalanıb.