Vaxt.Az

“Gəlir!”


 

İran mediasında müharibə hazırlığı

“Gəlir!” “HƏMAS” terror təşkilatı Siyasi Bürosunun sədri İsmayıl Haniyə Qətərin paytaxtı Dohada dəfn edilib. Onun öldürülməsi bölgədə gərginliyi artırarkən, cənazə törənindən sonra müharibə ab-havası cuşa gəlib.

İran televiziya kanalları normal yayımlarını dayandıraraq hərbi marşlar göstərməyə başlayıblar. Ölkədə yayımlanan “Kanal 3” televiziyası “Bir neçə saatdan sonra dünya maraqlı səhnələrə şahidlik edəcək”, – iddiasını səsləndirib.

Digər tərəfdən, İranın nüvə danışıqları qrupunun müşaviri Seyid Məhəmməd Mərəndi, “X” sosial platforması hesabında raket şəkili paylaşaraq “Çıxıb. Gəlir” ifadəsini işlətməsi diqqət çəkib.

 





02.08.2024    çap et  çap et