Vaxt.Az

“Ukrayna üçün ən yaxşı fürsətdir”


 

Rəsmi Kiyev “F-16”ları qəbul etməyə başlayıb

“Ukrayna üçün ən yaxşı fürsətdir” Danimarka “F-16” qırıcılarının Ukraynaya çatdırılmasının ilk hissəsini həyata keçirib. Danimarka Radiosunun (DR) xəbərinə görə, müdafiə naziri Troels Lund Poulsen “F-16” döyüş təyyarələrinin tədarükü ilə bağlı açıqlama verib.

Poulsen, Danimarkanın Ukraynaya vəd etdiyi 19 döyüş təyyarəsindən bəzilərinin təhvil verildiyini bildirib.

Bunun Ukraynanın döyüş təyyarəsi imkanlarının artırılması və hava qüvvələrinin modernləşdirilməsi üçün mühüm addım olduğunu bildirən müdafiə naziri, Danimarka Silahlı Qüvvələrinin ukraynalı pilotlara “F-16”lardan istifadə etmək üçün təlim keçdiyini bildirib. O qeyd edib ki, “F-16” döyüş təyyarələrindən istifadə Ukrayna üçün ən yaxşı fürsətdir.

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 4-də ölkəsinə F-16 döyüş təyyarələrinin gətirildiyini açıqlayıb və Danimarka, Hollandiya və ABŞ-a minnətdar olduğunu bildirib.

 





06.08.2024    çap et  çap et