Açıqlamaya görə, Mahsa Emini nümayişləri zamanı polkovnik Beyramini bıçaqlayaraq öldürmək ittihamı ilə saxlanılan Rəsayiyə verilən edam hökmü Kirmanşah şəhərindəki həbsxanada icra olunub.
Məhkəmə Rəsayi 2023-cü il sentyabrın 7-də edam cəzasına məhkum edilmişdi.
***
2022-ci il sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan patrullar tərəfindən saxlanıldıqdan sonra gördüyü işgəncələrdən xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib.
Əminin ölümündən sonra 2022-ci il sentyabrın 17-də doğulduğu şəhərdə başlayan nümayişlər bir anda bütün ölkəyə yayılaraq hökumət əleyhinə etirazlara çevrilib.