Vaxt.Az

Səfirə nota verildi


 

Rusiya Moldova diplomatını “persona non-qrata” elan etdi

Səfirə nota verildi Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfirliyində çalışan diplomatı “persona non-qrata” elan etdiyini bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada Moldovanın ötən həftə rus diplomatını “persona non qrata” elan etməsinə qərar verdiyi xatırladılıb.

Açıqlamada Kişinyovun Rusiyaya qarşı “qeyri-dost” addımlar atmaqda davam etdiyi və bu səbəbdən Moldovanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Aleksandru Ketraru nazirliyə çağırıldığı bildirilib.

Bəyanatda, “Moldova rəhbərliyinin 1 avqustda heç bir əsası olmadan qəbul etdiyi qərara qarşı tədbir olaraq, Ketraruya Moldovanın Moskvadakı səfirliyindəki işçinin “persona non qrata” elan edildiyini bildirən nota verilib”.

 





06.08.2024    çap et  çap et