Vaxt.Az

“Tehran üçün çox utancvericidir”


 

Haniyənin öldürülməsi İsrailin İrandakı təsirinin nə dərəcədə olduğunu ortaya qoyur

“Tehran üçün çox utancvericidir” Analitiklərin fikrincə, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi İsrailin İrandakı təsirinin nə dərəcədə olduğunu ortaya çıxarıb.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edən Haniyə çərşənbə günü səhər saatlarında Tehranın şimalında qaldığı evdə öldürülüb.

Xaricdəki məxfi əməliyyatlarla bağlı xəbərləri ümumiyyətlə nə təsdiq, nə də təkzib edən İsrail burada da şərh verməkdən imtina edib.

Fars xəbər agentliyi Haniyyənin necə öldürülməsinin təfərrüatlarının aydın olmadığını bildirib. Bununla belə, o, Haniyənin hava gülləsi ilə vurulduğunu bildirib və bu hücumun raket, yaxud pilotsuz hava vasitəsi hücumu (PUA) olması ilə bağlı fərziyyələrə səbəb olub.

Analitiklər bu hücumu İran kəşfiyyatının böyük uğursuzluğu və İran administrasiyası üçün çox narahatedici hadisə hesab edirlər. Xüsusilə bu hücumun açılış mərasiminə qatılan qonaq axını səbəbindən təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olması lazım olduğu bir vaxtda baş verməsi suallar yaradır.

Haniyə öldürülməzdən bir neçə saat əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə görüşüb.

AFP-nin verdiyi xəbərə görə, Aralıq dənizi və Yaxın Şərq Araşdırmaları və Tədqiqatları İnstitutunun (iReMMO) vitse-prezidenti Aqnes Levallois, “Bu sui-qəsdin qarşısını alına bilinməməsi İran üçün çox utancvericidir”, – deyib.

 

İranda casuslar

 

Haniyənin öldürülməsi İran daxilində İsrail tərəfindən həyata keçirildiyi güman edilən hücumların sonuncusudur.

İsrail Xarici Kəşfiyyat Xidməti “Mossad”ın uzun müddətdir İranda əməliyyatlar apardığı bilinir və bu, İsrailin bu cür təfərrüatlı kəşfiyyat məlumatlarını necə əldə edə bildiyi ilə bağlı suallar yaradır.

“HƏMAS”ın terror təşkilatının hərbi rəhbərliyindən fərqli olaraq, Haniyə ictimaiyyət arasında nisbətən yüksək profill idi.

“Biz bilirik ki, israillilərin casusları var və buna görə də İrandan kəşfiyyat məlumatı alırlar”, – Levallois deyib: “Bu sui-qəsd göstərir ki, bütün İsrail kəşfiyyat sistemi ona belə bir əməliyyat keçirməyə imkan verəcək bütün məlumatlara çıxış əldə etmək üçün kifayət qədər mürəkkəbdir”.

“New York Times” qəzetinin yazdığına görə, buna qədər “Mossad”ın ən məşhur əməliyyatı 2020-ci ildə yüksək səviyyəli nüvə məmuru Möhsün Fəxrizadənin İrandakı evinin yaxınlığında öldürülməsi olub.

Qəzetin məlumatına görə, Əl-Qaidənin ikinci adamı, Əbu Məhəmməd əl-Misri kimi tanınan Abdulla Əhməd Abdullah 2020-ci ilin avqustunda Tehranda ABŞ-ın göstərişi ilə İsrail agentləri tərəfindən həyata keçirilən hücumda iki motosikletli tərəfindən güllələnərək öldürülüb.

Hazırkı gərginlik “HƏMAS”ın 7 oktyabrda İsrailə hücumundan sonra İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatı ilə başlayıb.

Aprel ayında İsrail İranın öz ərazisinə ilk birbaşa hücumuna cavab olaraq İranın Rusiyadan aldığı “S-300” müdafiə raket sisteminin radar sistemini bombalayıb.

Hücumun mənbəyi hələ tam aydın deyil. Lakin bura İranın xaricdən atılan ən azı bir raketi və İran daxilindən buraxılmış ola biləcək və hava hücumundan müdafiə sistemlərini bloklamağa yönəlmiş “kvadrokopterlər” kimi tanınan kiçik hücum pilotsuz təyyarələri daxildir.

 

Son dərəcə dəqiq məlumat

 

Bəzi KİV-lərin məlumatına görə, İsrail agentləri kəşfiyyat məlumatları əldə etmək üçün İran ərazisində SEPAH üzvlərini saxlayıb və dindiriblər.

Bundan əlavə, həssas ərazilər yaxınlığında baş verən müəmmalı partlayışlardan sonra İsrailin İran daxilində İHA hücumları həyata keçirməsi ilə bağlı şübhələr yaranıb, lakin bu, təsdiqini tapmayıb.

Haniyənin öldürülməsi İsrailin “Hizbullah”ın Beyrutun cənub kənarındakı qalasının bombalanması zamanı terror təşkilatının hərbi komandir Fuad Şükürün öldürülməsi xəbəri yayıldı. Şükür Qolan təpələrindəki Məcdel Şəms qəsəbəsində 12 oğlan və qızın ölümünə səbəb olan raket hücumu gerşəkləşməsində şübhəli bilinirdi.

Cenevrədəki Ərəb və Aralıq dənizi Dünyası Araşdırmaları və Tədqiqatları Mərkəzinin direktoru Hüsnü Obeidi deyib: “Tehrandakı əməliyyat onu göstərir ki, İranın ali rəhbəri və prezidenti öz qonaqlarının təhlükəsizliyini təmin edə bilməyiblər”.

Obeidi, hücumun mahiyyətinin İsrailin Haniyənin yeri və hərəkətləri ilə bağlı “çox dəqiq məlumata” malik olduğunu göstərdiyini qeyd edib.

 





06.08.2024    çap et  çap et