Venesuela prezidenti Nikolas Maduro ölkədəki bəzi qrupların “WhatsApp” vasitəsilə zorakılıq və nifrət yaydığını əsas gətirərək canlı yayımda bu proqramı silib. Maduro bunu paytaxt Karakasda qatıldığı xüsusi televiziya verilişində telefon ekranını kameralara göstərərək edib.Maduro, sosial liderlərin, eləcə də əsgərlərin və polisin “WhatsApp” tərəfindən təhdid edildiyini, buna görə də ictimaiyyətdən könüllü olaraq və tədricən “WhatsApp”ı silmələrini istəyib.
Maduro xalqa səslənərək, ““WhatsApp”dan qurtuldum. Venesuelalı ailələr, gənclər, vətənpərvər kişilər və qadınlar, sülh istəyirsiniz? Bütün Venesuelanın siyahısını Kolumbiyalı narkotik tacirlərinə və imperializmə verdiyi üçün “WhatsApp”ı silin. “WhatsApp” yerinə “Telegram” və “Wechat”ı tövsiyə edirəm”, – deyib.
Maduronun sözləri studiyada olanlar tərəfindən böyük alqışlarla qarşılanıb.
çap et