Vaxt.Az

Kiyev qənaət tədbirləri görür


 

Arseniy Yatsenyuk: «Ukrayna yenidən Krımın nəzarətini ələ keçirəcək»

Kiyev qənaət tədbirləri görür Kiyev hökuməti Rusiyanın sabitliyi pozmaq üçün təzyiq etdiyi bir vaxtda qənaət tədbirlərinə davam edəcək. Bura qaz qiymətlərinin artırılması da daxildir. Bu barədə baş nazir Arseniy Yatsenyuk «Reuters»ə məlumat verib.

Ötən ay Viktor Yanukoviç və nazirlər Maydan etirazlarının ardınca qaçıb gedəndən sonra müvəqqəti baş nazir təyin edilən 39 yaşlı Yatsenyuk bildirib ki, Rusiyanın təzyiqi altında onun «Krımda törətdiyi beynəlxalq cinayət» adlandırdığı vəziyyəti bərpa etmək olduqca çətindir.

Lakin əlavə edib ki, Ukrayna heç vaxt Rusiyanın işğalını tanıyaraq münasibətlərin bərpasına çalışmayacaq.

«İstəyirəm ki, sözlərim aydın olsun. Biz heç vaxt Krımın zəbt edilməsilə razılaşmayacağıq. Vaxt gələcək ki, Ukrayna yenidən Krımın nəzarətini ələ keçirəcək», - o, mavi və sarı rəngli Ukrayna bayrağının altında, sovet dövründə tikilmiş hökumət qərargahındakı yerində əyləşərək ingilis dilində deyib.

O, özünü bəyənilməyən qənaət tədbirləri görmək məcburiyyətində qalan «kamikadze» hökumətinin lideri adlandırıb. Lakin bildirib ki, Ukrayna tədbirləri davam etdirməlidir. Həmin tədbirlərə iqtisadiyyatdakı 3 faizlik azalmaya və inflasiyaya cavab olaraq, mayın 1-dən etibarən istehlakçılar üçün qaz qiymətinin iki qat artırılması, pensiyaların və maaşların azaldılması daxildir.

«Beynəlxalq Valyuta Fondunun (BVF) dəstəyi, sərt iqtisadi islahatların müqabilində 14-18 milyard dollarlıq maliyyə yardımı çox böyük addım olardı», - o deyib.

Yatsenyuk həmçinin bildirib ki, Ukrayna xarici investorların etimadını qazanacaq. »Ukraynanın hədəfi budur», - deyə o əlavə edib.

Kiyev hökuməti bildirib ki, BVF tərəfindən təsdiqlənmiş qənaət tədbirləri olmadan iqtisadiyyatda bir ildə 10 faizə qədər geriləmə baş verə bilər.

 





05.04.2014    çap et  çap et