Vaxt.Az

ABŞ-da Çin casusu ifşa olunub


 

Şujun Vanq Pekin administrasiyasına məlumat ötürməkdə təqsirli bilinib

ABŞ-da Çin casusu ifşa olunub ABŞ-da demokratiya tərəfdarı kimi tanınan çin əsilli amerikalı fəal Şujun Vanq rəsmi Pekinə qarşı çıxanlar haqqında məlumat toplamaqda və bu məlumatları administrasiyaya ötürməkdə günahkar bilinib.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Nyu-Yorkda demokratiya tərəfdarı qrupun yaradılmasına kömək edən akademik Şujun Vanqın işinə baxılıb.

Məhkəmə bildirib ki, Şujun 10 ildən çox Çində kəşfiyyata cavabdeh olan Dövlət Təhlükəsizliyi Nazirliyinin (DTX) əmrində olub.

Məhkəmə Şujunu Çin administrasiyasına qarşı olan şəxslər haqqında məlumat toplamaqda və bu məlumatı Pekin administrasiyasına ötürməkdə təqsirli bilib.

Şujun ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Prokurorun müavini Ellen Sise “Özünü Çin hökumətinə qarşı göstərməklə, Şujun əslində Çin hökumətinə qarşı olan insanlara yaxınlaşıb. Sonra müttəhim ona güvənən insanlara xəyanət edərək, onlar haqqında məlumatları Çinə çatdırıb”.

 

1994-cü ildə ABŞ-a gəlib

 

Çində universitetdə işlədikdən sonra 1994-cü ildə Nyu Yorka gələn Şujun daha sonra ABŞ vətəndaşı olub.

Şujun, Çin Kommunist Partiyasının iki liderinin adını daşıyan Nyu-Yorkun 5 əsas bölgəsindən biri Kuinsdə yerləşən “Hu Yaobang və Zhao Ziyang Memorial Foundation”ın yaradılmasına kömək edib.

Prokurorların sözlərinə görə, Şujun Çin hökumətini tənqid edən müxtəlif insanların söhbətlərini, görüşlərini və planlarından ibarət “gündəliklər” adlı elektron məktublar yazıb.

Prokurorlar bildiriblər ki, mesajlardan biri 1989-cu ildə Pekinin Tiananmen meydanında baş verən etirazlar və qanlı repressiyaların xatirəsinə həsr olunmuş tədbirlərlə bağlıdır.

Bildirilib ki, digər elektron məktublarda Çin sədri Si Cinpinin ABŞ-a müxtəlif səfərləri zamanı nümayişlər planlaşdıran şəxslərin adı çəkilib.

Prokurorlar vurğulayıblar ki, elektron məktubları göndərmək və rəqəmsal iz yaratmaq əvəzinə, Şujun onları Çin kəşfiyyatçılarının ümumi parolla daxil olaraq oxuya biləcəyi qaralamalar kimi saxlayıb.

Digər şifrəli mesajlarda Şujun qarşıdan gələn demokratiya tərəfdarı aksiyaların təfərrüatlarını və ittiham aktına görə ABŞ-da olarkən tanınmış Honq-Konq dissidenti ilə görüşmək planlarını çatdırıb.

Şujunun vəkilləri müvəkkillərini gizlədəcək heç nəyi olmayan təşəbbüskar akademik kimi təsvir ediblər.

 





07.08.2024    çap et  çap et