Vaxt.Az

Əxlaq polisinə qarşı təhqiqat


 

İranda gənc qadınlara qarşı zorakılıq edən məmurlarının araşdırılması qərarı

Əxlaq polisinə qarşı təhqiqat İranda məcburi hicab qaydalarına əməl etmədiyi üçün iki gənc qıza fiziki zorakılıq edən qadın polislərin görüntüləri etiraz doğursa da, prokurorluq sözügedən qadın polislərə qarşı araşdırmalara başladıldığını açıqlayıb.

Sosial mediada paylaşılan və göründüyü kimi paytaxt Tehranda baş verən görüntülərdə qadın polislər iki gənc qızı zorla polis maşınına mindiriblər.

İran mediası xəbər verir ki, iyunun 21-də baş verən hadisənin videolarında qadın polislərin hicabsız olduğu görünən iki qızı saxladığı, qızları zorla maşına mindirməyə çalışdığı və polislə qızlar aralarında dava olduğu görünür.

Qızlardan biri polisə müqavimət göstərmədən avtomobilə əyləşərkən, polislə mübarizə aparan digəri zorla mindirilib.

Görüntülər sosial şəbəkədə yayımlandıqdan sonra məlum olan hadisə ictimaiyyətin reaksiyasına səbəb olub. Bu reaksiyalardan sonra Tehran Hərbi Prokurorluğu yazılı açıqlamada görüntülərin doğruluğunu təsdiqləyib.

Açıqlamada fiziki zorakılıq tətbiq edən polis əməkdaşlarının müəyyən edilərək ifadə vermək üçün prokurorluğa çağırıldığı və hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.

 





07.08.2024    çap et  çap et