Vaxt.Az

Son 80 ildə ilk dəfə


 

İkinci Dünya müharibəsindən sonra Rusiya ərazisinə hücum olub

Son 80 ildə ilk dəfə Ukrayna ordusunun Rusiyanın Kursk ərazisinə etdiyi hücumlardan sonra iki ordu arasında şiddətli qarşıdurma yaşanır.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında, gecə boyu Rusiya silahlı qüvvələrinin və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd qoşunlarının Kursk şəhərinə soxulan Ukrayna Silahlı Qüvvələrinin bölmələrini məhv etməyə davam etdiyi iddia edilib. Rusiya Hərbi Hava Qüvvələri, raket və artilleriya birləşmələrinin Ukrayna əsgərlərinin Rusiya ərazisinin dərinliklərinə doğru irəliləməsinə icazə vermədiyi iddia edilən açıqlamada, “Ukraynanın Sumı vilayətindəki Basovka, Juravka, Yunakovka, Belovodı, Kyanitsa, Korçakovka, Novaya Seç, Pavlovka, Qorodişe yaşayış məntəqələrində Ukrayna ehtiyat hissələri məğlubiyyətə uğradılıb”.

Ukrayna ordusunda 260-a yaxın əsgər və 50 zirehli texnikanın zərərsizləşdirildiyi bildirilib: “7 tank, 8 zirehli transportyor, 3 piyadaların döyüş maşını, 31 zirehli döyüş maşını, o cümlədən 12 “Kozak”, 2 “Stryker”, bir hərbi mühəndislik maşını və 6 avtomobil məhv edilib”. Bundan əlavə, “Buk M1” təyyarəsinin döyüş raket sisteminin iki özüyeriyən atəş sistemi, UR-77 mina təmizləmə sistemi və elektron döyüş sistemi məhv edildiyi bildirilib”.

Digər tərəfdən Rusiya Səhiyyə Nazirliyindən verilən açıqlamada Ukrayna əsgərlərinin bölgədə təşkil etdiyi hücumda 6-sı uşaq olmaqla 24 nəfərin yaralandığı bildirilib. Bundan əlavə, yerli rəsmilər gecə boyu hava hücumu siqnalının çaldığını bildirdi.

***

Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Rusiya-Ukrayna sərhədində hücuma məruz qalan yaşayış məntəqələrindən dinc sakinləri təxliyə etməyə başladıqlarını və onlar üçün müvəqqəti yerləşdirmə mərkəzləri yaratdıqlarını bildirib. Smirnov bir gündə yüzlərlə dinc sakinin bölgədən təxliyə edildiyi barədə məlumat paylaşıb.

Rusiya prezidenti Vladimir Putin hücumların “təxribat xarakterli hərəkətlər” olduğunu bildirib.

Putin hökumət üzvləri ilə görüşündə Kursk vilayətindəki vəziyyətlə bağlı açıqlamalar verib. Ukrayna ordusunun Kurska hücuma keçdiyinə diqqət çəkən Putin, “Kiyev rəhbərliyi raketlər də daxil olmaqla müxtəlif növ silahlardan istifadə edərək, mülki binalara, evlərə və təcili yardım maşınlarına fərq qoymadan atəş açaraq, genişmiqyaslı təxribatçı hərəkətlər təşkil etməyə cəhd edib”, – deyib.

Kursk vilayəti qubernatorunun müavini Aleksey Smirnovla da görüşdüyünü və mülki şəxslərə lazımi dəstəyin göstərilməsi ilə bağlı tapşırıq verdiyini bildirən Putin, Rusiya hökumətinin bununla bağlı lazımi addımları atmalı olduğunu bəyan edib.

Qeyd edək ki, İkinci Dünya Müharibəsində 1944-cü ildən sonra Rusiya ərazisinə birbaşa hücum olmayıb.

 





07.08.2024    çap et  çap et