DST çiçək xəstəliyinin yayılması ilə bağlı 35-ci vəziyyət hesabatını dərc etdi.
“2024-cü ilin iyun ayında DST-ə 26 ölkədən ümumilikdə 934 yeni laboratoriya təsdiqlənmiş M-çiçəyi virusu hadisəsi və bununla bağlı 4 ölüm hadisəsi barədə məlumat verilib. Bu onu göstərir ki, virus bütün dünyada yayılmaqda davam edir”.
Hesabatda DST-nin Afrikadan 567, Amerikadan 175, Avropadan 100, Okeaniyadan 81 və Cənub-Şərqi Asiyadan 11 M-çiçəyinə yoluxma hadisəsinin qeydə alındığı vurğulanıb.
Hesabatda qeyd olunub ki, ölkələrdən DST-ə M-çiçəyinə yoluxma hadisələri ilə bağlı bildirişlər azalıb və hazırkı qlobal məlumatların faktiki hadisələrin sayından aşağı olduğu təxmin edilir.
Hesabatda Afrikadan yoluxmanın 96 faizinin Konqo Demokratik Respublikasından olduğu bildirildi.
***
M-çiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən, yaxud yoluxmuş şəxslərdən keçə bilir. Virusun yaratdığı bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, dəsmal və buna bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq yoluxmanın ən mühüm səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər.
Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur.
Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.