Kirbi bildirib ki, ABŞ prezidenti Co Bayden bu gün Böyük Britaniya, Almaniya, Fransa və İtaliya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
ABŞ və İsrail rəsmiləri, İranın raket və pilotsuz uçuş aparatlarına hazırlıqlara başladığını və bunun apreldəki hücumdan əvvəlki addımlara bənzədiyini bildirib.
***
“Wall Street Journal” (WSJ) qəzeti İsrail ordusunun Livanda “Hizbullah” terror təşkilatına qarşı həyata keçirdiyi cavab hücumundan sonra bu ay ilk dəfə yüksək döyüş hazırlığına keçdiyini iddia edib.
İki həftəyə yaxındır ki, İsrail “HƏMAS” terror təşkilatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İrandan hücum gözləyir.
Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu, Tehran isə Tel-Əviv rəhbərliyinə cavab verəcəyini bəyan edib.
İsrail dövlət televiziyası KAN bildirib ki, İsrail aprel ayında İranın başlatdığı hücumdan daha genişmiqyaslı hücuma hazırlaşır.
***
ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Qəzzada atəşkəsin ən qısa zamanda təmin edilməsi üçün birgə bəyanatla çıxış edərək, “İtirəcək vaxt yoxdur, bütün tərəflər öz öhdəliklərini yerinə yetirməlidir”, – deyib.
ABŞ, İngiltərə, Fransa, Almaniya və İtaliya birgə yazılı açıqlama verərək, Yaxın Şərqdə gərginliyin azaldılmasını və Qəzzada bir an əvvəl atəşkəsin təmin edilməsini istəyib: “Prezident Bayden, Misir Prezidenti Sisi və Qətər Əmiri Şeyx Təmimin atəşkəs razılaşmasını mümkün qədər tez başa çatdırmaq üçün danışıqlara bu həftə yenidən başlamaq çağırışını dəstəkləyirik”.
Bəyanatda, İsrailin İrana qarşı özünümüdafiəsinə hər cür dəstəyin davam edəcəyi bildirilib. Bəyanatda belə bir hücumun regional təhlükəsizlik üçün ciddi nəticələrinin olacağı vurğulanıb.