Yonhap xəbərlərinə görə, Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi (KDCA) ölkədə Covid-19 hallarının artmasından sonra hərəkətə keçib.
Səlahiyyətlilər çoxalan yoluxmalara nəzarət üçün görülən tədbirləri artıracaqlarını bildirdilər. Vəziyyətin monitorinqini, infeksiyaların təhlilini, müalicə və digər tibbi ləvazimatların idarə edilməsini yaxşılaşdırmaq üçün cavab qrupunu genişləndirəcəklərini bildiriblər.
Səlahiyyətlilər, ölkədə “Covid-19” yoluxmalarının avqustun sonuna qədər artacağını gözlədikləri üçün ekspertlərlə görüşəcəklərini qeyd ediblər.
Cənubi Koreyada avqustun ilk həftəsində “Covid-19” səbəbiylə xəstəxanaya müraciət edənlərin sayının 861-ə yüksəlib. Bu statistika ilə yoluxma sayın 4 həftədə 6 dəfə artdığını göstərib.
Səlahiyyətlilər, 65 yaşdan yuxarı insanların “Covid-19”a qarşı peyvəndləmə prosesinin oktyabr ayında davam edəcəyini bildirmişdilər.