Vaxt.Az

Çinin kosmik kabusu ifşa olunub


 

Həvəskar astronom gizli təyyarəni Avropa səmasında görüb

Çinin kosmik kabusu ifşa olunub Həvəskar astronomun çəkdiyi fotoşəkillər, Avstriya üzərində uçan gizli Çin kosmik təyyarəsini çəkərək, eksperimental gəminin hələ açıqlanmayan xüsusiyyətlərini üzə çıxarıb.

Çin dekabr ayında “Long March 2F” raketi ilə üçüncü missiyasında təkrar istifadə oluna bilən kosmos təyyarəsi “Shenlong” (Müqəddəs Əjdaha deməkdir) kosmosa çıxarıb və o vaxtdan bəri təyyarə Yerin orbitindədir. Təyyarə 2020-ci ildən bəri keçmişdə iki missiyanı yerinə yetirib və sonuncu missiya 250 gün davam edib.

Kosmik müşahidəçilər bildiriblər ki, təyyarə hazırkı missiyasının son 7 ayında orbitə ən azı 7 peyk çıxarıb.

Çin rəsmiləri nə kosmos təyyarəsinin mövcudluğunu təsdiqləyib, nə də təyyarənin atdığı obyektlər haqqında bir məlumat paylaşıb.

ABŞ Kosmik Qüvvələri təyyarəni buraxıldığı gündən etibarən izlədiyini bildirsə də, hələlik ictimaiyyətlə paylaşılan sirli vasitənin təsdiqlənmiş görüntüsü yoxdur.

Çin Qobi səhrasından raketlə buraxılan təyyarəni Yer orbitində çoxillik robot missiyaları yerinə yetirmək üçün dizayn etmişdi.

Təxminən 9 metr uzunluğunda olan kosmik təyyarənin adi təyyarələr kimi sağ-salamat geri dönərək uçuş-enmə zolağına enməsi gözlənilir.

Avstriyada kosmik müşahidəçi Feliks Şöfbanker tərəfindən çəkilmiş şəkillər kosmik gəminin bəzi yeni xüsusiyyətlərini, o cümlədən qurğunu enerji ilə təmin edən bir cüt günəş panelini ortaya qoyub.

Həvəskar astronom Schöfbänker kosmik obyektləri izləmək üçün təxminən 35 santimetrlik güzgüsü olan teleskopdan istifadə edib. Ən yaxşı kadrları birləşdirərək hazırladığı görüntüdə o, təyyarənin günəş panellərini təsbit edib.

Lakin bu, təyyarənin əvvəllər görünməmiş hissəsi olduğundan, Schöfbänker hissələrin başqa bir şey ola biləcəyindən şübhələnib: “Mən bunların günəş panelləri və ya fərqli antena tipli xüsusiyyətləri olduğuna əmin deyiləm”.

Son görüntü bulanıq olsa da, kosmik təyyarənin orbitini Yerdən 350 kilometr hündürlüyə endirdiyi təəssüratını yaradır.

ABŞ Kosmik Qüvvələri də orbitdə Çin qurğusundan daha kiçik olan “Boeing” istehsalı kosmik təyyarəsindən (X-37B) istifadə edir.

 





12.08.2024    çap et  çap et