Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi yaraqlılarla ABŞ qüvvələri arasında toqquşma olub. Silahlı dəstələr ABŞ bazasına raket hücumu həyata keçirib. Bazanın yerləşdiyi bölgədə tüstü qalxarkən, ölü və yaralılar haqda məlumat verilməyib.Cavab zərbəsi kimi koalisiyaya məxsus döyüş təyyarələri Deyr əz-Zor vilayətinin şərqində və Həşşam şəhəri ətrafında İranın dəstəklədiyi qruplaşmalara məxsus hərbi məntəqələri vurub.
Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin, əyalət mərkəzi və digər kənd yerləri isə Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarəti altındadır.
çap et