Yüksək temperaturun həftə boyu davam edəcəyi ilə bağlı xəbərdarlıq edən nazirlik sabah üçün ölkənin şimalından cənubuna doğru 22 şəhər üçün “qırmızı” həyəcan elan edib.
Nazirlik bu şəhərlərdə yaşayan əhaliyə, xüsusilə xəstələrə, qocalara və uşaqlara isti havanın mənfi təsirlərinə qarşı xəbərdarlıq edib.
Bu gün 19 şəhərdən biri olan paytaxt Romanın müxtəlif yerlərində termometrlər günorta saatlarında 43 dərəcəni göstərib.
Tarixi paytaxtın ziyarətçiləri şəhərdəki fəvvarələrdən axan suda, xüsusən də turistik yerlərdən biri olan İspan pilləkənlərinin qarşısındakı “Barcaccia” fəvvarəsində sərinləməyə çalışıblar.
Paytaxtın tarixi yerlərindən olan Kolizeyi görməyə gələn ziyarətçiləri sərinlətmək üçün cərgələrə iri ventilyatorlar, günəşdən qorumaq üçün isə çadırlar qurulub.
Romaya bitişik Vatikanı da ziyarət edən turistlər, Müqəddəs Pyotr Bazilikasına girmək üçün eyni adlı meydanda gözləyərkən özlərini çətirlərlə istidən qorumağa çalışıblar.
Paytaxtın bir çox restoran və kafelərində açıq havada oturma yerlərinə su səpən soyutma sistemləri quraşdırılıb.